İngiltərədə Təhsil

City University London
- London Şəhəri
- Attestatla birbaşa qəbul
- 3 illik bakalavr təhsili (IELTS 6.5)
- 1 illik magistr təhsili (IELTS 6.5)
- Foundation (UKVİ IELTS 5.5)
- Biznes (CASS) üzrə dünyada çox güclüdür
Kings College London
- London Şəhəri
- Attestatla birbaşa qəbul
- 3 illik bakalavr təhsili (IELTS 6.5)
- 1 illik magistr təhsili (IELTS 6.5)
- Foundation (UKVİ IELTS 6.0)
- Dünyada 31-ci yerdədir
Durham University
- Durham Şəhəri
- Attestatla birbaşa qəbul
- 3 illik bakalavr təhsili (IELTS 6.5)
- 1 illik magistr təhsili (IELTS 6.5)
- Foundation (UKVİ IELTS 5.5)
- Dünyada 74-ci yerdədir. İngilislər öz uşaqlarını bu məktəbə göndərir
Newcastle University London
- Newcastle və London Şəhərləri
- Attestatla birbaşa qəbul
- 3 illik bakalavr təhsili (IELTS 6.5)
- 1 illik magistr təhsili (IELTS 6.5)
- Foundation (UKVİ IELTS 5.5)
- Arxitektura və Kompüter çox güclüdür
Stirling University London
- Stirling və London Şəhərləri
- Attestatla birbaşa qəbul
- 3 illik bakalavr təhsili (IELTS 6.5)
- 1 illik magistr təhsili (IELTS 6.5)
- Foundation (UKVİ IELTS 5.5)
- Təqaüd imkanları var
Manchester University
- Manchester
- Attestatla birbaşa qəbul
- 3 illik bakalavr təhsili (IELTS 6.0)
- 1 illik magistr təhsili (IELTS 6.5)
- Foundation (UKVİ IELTS 5.5)
- Dünyada 29-cu yerdədir. Biznes və Kompüter çox məşhurdur
Coventry University London
- Coventry və London
- Attestatla birbaşa qəbul
- 3 illik bakalavr təhsili (IELTS 6.0)
- 1 illik magistr təhsili (IELTS 6.5)
- Foundation (UKVİ IELTS 5.5)
- Təhsil haqqı çox mübasibdir
Leicester University
- Leicester Şəhəri
- Attestatla birbaşa qəbul
- 3 illik bakalavr təhsili (IELTS 6.5)
- 1 illik magistr təhsili (IELTS 6.5)
- Foundation (UKVİ IELTS 5.5)
- İngiltərdə 30-cu yerdədir. Tədris çox güclüdür
Coventry University London
- Coventry və London
- Attestatla birbaşa qəbul
- 3 illik bakalavr təhsili (IELTS 6.0)
- 1 illik magistr təhsili (IELTS 6.5)
- Foundation (UKVİ IELTS 5.5)
- Təhsil haqqı çox mübasibdir
Leicester University
- Leicester Şəhəri
- Attestatla birbaşa qəbul
- 3 illik bakalavr təhsili (IELTS 6.5)
- 1 illik magistr təhsili (IELTS 6.5)
- Foundation (UKVİ IELTS 5.5)
- İngiltərdə 30-cu yerdədir. Tədris çox güclüdür
Universitetlər Haqqında Məlumatlar
City University London
Şəhər: London Mərkəzi
Attestatla qəbul: Var
Qəbul üçün əsas: Attestat və UKVİ IELTS
Adından göründüyü kimi London şəhərinin mərkəzində yerləşən bu universitet dünyanın 150 ölkəsindən tələbə və 40 ölkəsindən müəllim heyətini özünə cəlb etdirə bilmişdir. Universitet beynəlmilliliyə fokuslanmasına, məzunların iş tapma qabiliyyətinə və biznes mərkəzləri ilə əməkdaşlığına görə populyardır. Dünyanın 90 ölkəsindən tələbə cəlb etməklə City University London-un Cass Business School-u Böyük Britaniyada biznes, menecment və maliyyə ixtisasları üzrə Böyük Britaniyada liderdir.
Universitetin Sir John Cass-ın şərəfinə adlandırdığı fakültə Financial Times European Business School Ranking 2014 reytinq cədvəlinə əsasən Böyük Britaniyada 4-cü, Avropada 18-ci ən yaxşı biznes məktəbidir. Biznes ixtisasından başqa, hüquq sahəsinin də Universitetdə xüsusi mövqeyi vardır. Universitet Londonda tələbələr və hüquqşünaslara bütün dərəcələr üzrə hüquqi təhsil verən ilk tədris müəssisəsidir. Məzunların universiteti bitirdikdən sonra başlanğıc məvacibinə görə City University London Böyük Britaniyada top 10 təhsil müəssisəsi arasındadır.
Kings College London
Şəhər: London Mərkəz
Attestatla qəbul: Var
Qəbul üçün əsas: Attestat və UKVİ IELTS
King’s College London 1829-cu ildə əsası qoyulmuş London mərkəzində və Temza çayının sahillərində kampusu olan böyük universitetdir. Universitetdə hal-hazırda 25 minə yaxın tələbə təhsil alır. Universitet 6000-dən çox müəllim və professor heyətinə sahibdir. Universitet biznesdən tutmuş tibb ixtisasına kimi yüzlərlə bakalavr və magistr proqramları təklif edir. King’s College London tibb və tibbi biologiya sahələrinə görə Avropada xüsusilə məşhurdur. Tələbə başına düşən tibb tələbələrinə sayına görə Avropada ən böyük universitetdir.Universitet tədris sentyabrın sonuncu bazar ertəsindən iyun ayının birinci cümə gününə kimi davam edir.
King’s College London 12 Nobel mükafatı almış alimləri daxil, bir neçə dünya üzrə məşhur olan məzun və professoruna malikdir.Onların arasında ən məşhuru “Higgs Boson”una görə tanınan və 2013-cü ildə Nobel qazanmış Peter Higgs məhz bu universitetin məzunu olmuşdur.
King’s College beynəlxalq reytinqlərdə yüksək nəticələr göstərmişdir. QS rankingdə dünya üzrə 17-ci, Böyük Britaniyada 5-ci, Avropada 7-ci ən güclü universitet hesab edilir. 2014-cü ildə tələbələrin iş tapma qabiliyyətinə görə (Global Employability University Survey) King’s College London dünyanın 35-ci, Böyük Britaniyanın isə 7-ci ən yaxşı təhsil müəssisəsidir
Coventry University London
]Şəhər: London və Coventry
Attestatla qəbul: Var
Qəbul üçün əsas: Attestat və UKVİ IELTS
Coventry şəhərinin məkrəzində yerləşən eyniadlı universitet daima inkişaf və böyüməni rəhbər tutub və universitet rəhbərliyi növbəti illərdə də daha çox sərmayə yatırmağı planlayır. Biznes müəssisələri və dövlət və könüllü təşkilatlarla olan sıx əməkdaşlıq nəticəsində universitetin tələbələri proyekt və təcrübə proqramlarına qoşulmaqla məzun olduqdan sonra iş tapma imkanlarını genişləndirəcək.
Coventry University hal-hazırda Böyük Britaniyanın ali təhsil müəssisələri arasında ən yüksək reytinqə malik modern universitetidir. Times və Sunday Times qəzetlərinin keçirdiyi sorğuya əsasən 2014 və 2015-ci illər ərzində ard-arda “İlin ən yaxşı müasir universiteti” mükafatını qazanmışdır.
Nüfuzlu Guardian qəzetinin Universitetlər üçün nəzərdə tutulmuş reytinqində isə Coventry University Böyük Britaniyanın top 15 universiteti arasında yerini möhkəmlədə bilmişdir.
Stirling University London
Şəhər: London və Stirling
Attestatla qəbul: Var
Qəbul üçün əsas: Attestat və UKVİ IELTS
The University of Stirling mərkəzi Şotlandiyada 1967-ci ildə açılmış və Airthrey Qəsrinin qala divarları içində əsas qoyulmuşdur. Stirling (Störlinq kimi oxunur) Şotlandiyanın ən böyük şəhərləri olan Glasgow və Edinburghun tən ortasında yerləşir və bu şəhərlərə sürətli qatarla yarım saata yetişmək mümkündür. Əsası qoyulandan bəri sürətlə böyüyərək Humanitar, Sosial, İdman və Təbiət elmləri üzrə bir sıra ixtisaslar açılmışdır. Universitetin kampusu 150 hektardır və özündə Stirling İnnovasiya Parkını və Dementia Mərkəzini də birləşdirir. Şotlandiya Yüksəkliklərinin ətəyində yerləşən kampus, vəhşi təbiəti, yaşıllığı və gölləri ilə Böyük Britaniyanın ən gözəl kampuslarından biri hesab edilir.
2019-cu ildə University of Stirling mötəbər QS beynəlxalq universitetlər reytinq cədvəlinə əsasən dünyanın 417-ci ən güclü universiteti hesab edilir. Yaşı 50-dən aşağı olan universitetlər arasında dünyanın top 50 universiteti arasındadır və Böyük Britaniyada isə ikinci ən güclü universitet hesab edilir. Universitet müəllimlərin reputasiyasına və araşdırmaların keyfiyyətinə görə xüsusilə fərqlənir. Stirling universitetini fərqləndirən əsas xüsusiyyət isə məzunların iş tapma göstəricisidir. Belə ki, Universitet tələbələrin iş tapma göstəricisinə görə Şotlandiyada 1-ci, Böyük Britaniyada isə 3-cü ən güclü universitet hesab edilir. Məzun olan tələbələrin 96 faizi ya ilk 6 ayda yeni təhsilə başlayır, ya da yeni bir iş tapmış olur.
Newcastle University London
Şəhər: London və Newcastle
Attestatla qəbul: Var
Qəbul üçün əsas: Attestat və UKVİ IELTS
Qırmızı kərpicli adlanan Newcastle Universiteti İngilitərənin şimal-şərqində yerləşən və Russell Groupun üzvü olan böyük dövlət təhsil müəssisələrindən biridir. Universitet Avropa birliyi ərazisində ən böyük araşdırma portfoliosuna sahibdir. Dünyanın 120 ölkəsindən 20 minə yaxın tələbə universitetin 24 akademik məktəbi və 40 araşdırma institutunda təhsil alır. Universitetdə incəsənətdən tutmuş tibb sahəsinə qədər 175 əyani bakalavr ixtisası və 340-a yaxın magistr və araşdırma proqramı vardır.
Newcastle Universiteti dünya universitetlərin yer aldığı QS reytinqində hal-hazırda 127-ci pillədə qərarlaşmışdır. Tələbələrin məmnunluq göstəricisinə görə National Student Survey araşdırmasına görə (2014-cü il) Böyük Britaniyada top 6 universitetdən biridir. Bu təhsil müəssisəsi məzunların iş tapa bilmə göstəricisinə Böyük Britaniyada top 20 universitet arasında yerini möhkəmlədə bilmişdir.[/vc_toggle][/vc_column][vc_column width=”1/2″][vc_toggle title=”Manchester Universiteti” style=”rounded_outline” color=”pink” size=”lg”]University of Manchester kampus şəklində olan Böyük Britaniyanın ən böyük universitetidir. Yaxınlıqda yerləşən INTO Manchester mərkəzinin foundation və pre-master proqramlarına qoşulmaqla və universitetin tələb etdiyi müəyyən balı toplamaqla, University of Manchester-ə zəmanətli qəbul ala bilərsiniz.
Manchesterdə oxumaq üçün 3 ən böyük səbəb:
- Times Higher Education dünya üzrə reytinq cədvəlinə əsasən 5-cü ən güclü universiteti (2014-2015)
- Britaniyanın araşdırma üzrə ixtisaslaşmış Russell Qrupuna üzv olması
- Digər universitetlərə nisbətən tələbə və müəllim heyəti arasında daha çox Nobel mükafatçısının olması
University of Exeter
Şəhər: Exeter
Attestatla qəbul: Var
Qəbul üçün əsas: Attestat və UKVİ IELTS
University of Exeter İngiltərənin cənub-qərbində, Exeter şəhərində yerləşən bu dövlət təhsil müəssisəsi 1955-ci ildən universitet adını almışdır. Hal-hazırda universitetdə 18 minə yaxın tələbə universitetə məxsus 150 hektara yaxın tələbə şəhərciyində təhsil alırlar. University of Exeter-in əsas kampusu sayılan Streatham Campus-dan Exeter şəhərinə füsunkar mənzərə açılır. Abdullah Gül, J.K. Rowling (Harry Potter), Thom Yorke (Radiohead) və digər görkəmli şəxslər University of Exeter-in fəxri məzunlarındandır.
The University of Exeter son illərdə həm beynəlxaql, həm də yerli reytinqlərdə sürətlə irəliləməkdədir. Müxtəlif Britan reytinq cədvəllərinə və qəzetlərinə əsasən universitet milli təhsil müəssisələri arasında 7-10-cu yerləri tutur. Times jurnalına əsasən 7-ci (2013), The Guardian jurnalına əsasən 10-cu (2015) yerdə qərarlaşmışdır. Mötəbər QS ranking-inə əsasən hal-hazırda dünyanın 161-ci ən yaxşı təhsil müəssisəsidr.
2006-ci ildə Milli Tələbə Hesabatına görə The University of Exeter-in Biznes, Mühasibatlıq və Maliyyə və Menecmentlik ixtisasları Böyük Britaniyada ən yaxşısı seçilmişdir.
Durham Universiteti
Şəhər: Durham
Attestatla qəbul: Var
Qəbul üçün əsas: Attestat və UKVİ IELTS
Durham University İngilitərənin şimal-şərqində yerləşən və 1832-ci ildən Universitet adını almış dövlət təhsil müəssisəsidir. 600 ildən öncə İngiltərədə təhsil xidməti başlamaqla, İngiltərədə 3-cü ən qədim universitet adını almağa namizəddir.
Durham Universiteti 227 hektarlıq böyük universiteti şəhərciyinə malikdir və bu ərazi UNESCO-nun dünya mədəni irsi siyahısına salınmışdır. Şəhərcik qədim abidələr, yataqxana və tədris binaları, 44 hektara yaxın meşə sahəsi, hər il 80 minə yaxın turistə xidmət göstərən botanika bağına sahibdir.
Duham University Britaniya universitetlərinin liqa cədvəlində 5-6-ci yerlərdə qərarlaşıb.Mötəbər QS ranking universitetlərin reytinqi cədvəlində hal-hazırda 61-cə pillədə qərarlaşıb. Lloyds Bank-in reytinqinə əsasən tələbə həyatının keyfiyyətinə görən ən yaxşı universitet seçilmişdir. Sunday Times jurnalına əsasən 2005-ci ildə ən yaxşı universitet adına layiq görülmüşdür.
Complete University Guide 2015 reytqinə görə Durham University yeganə təhsil müəssisəsidir ki, bütün fənlər Böyük Britaniyada Top 10-luğa daxil ola bilmişdi
Leicester Universiteti
Şəhər: Leicester
Attestatla qəbul: Var
Qəbul üçün əsas: Attestat və UKVİ IELTS
University of Leicester Ingiltərənin Leicester şəhərinin cənubunda Viktoriya parkının yaxınlığında yerləşən dövlət universitetidir. Əsası 1921-ci ildə qoyulan bu təhsil mərkəzində 17 mindən çox tələbə təhsil alır. Universitet yenidən qurma işlərinə xüsusilə diqqət ayırır. Bu yaxın illər ərzində aşağı keyfiyyətli ləvazimatlardan azad olub, yeni avadanlıqlara 300 milyondan çox vəsait xərclənərək universitetin həcmi iki dəfə böyüdülüb, yeni biotibbi araşdırma mərkəzi açılıb və yeni yataqxana və tədris binaları tikilmişdir. Milli tələbə araşdırmasına görə tələbə məmnuniyyətinə görə 2005-2007-ci illərdə tələbə məmnuniyyətinə lider universitetlər arasında yer almış və 2008-ci ildə Cambridgedən sonra 2-ci ən yaxşı universitet seçilmişdir.
Bangor Universiteti
Şəhər:Bangor
Attestatla qəbul: Var
Qəbul üçün əsas: Attestat və UKVİ IELTS
Bangor Universitetil Bangor Şimali Uelsin Bangor şəhərində yeləşən universitetdir. University of Walesin nəzdindən 1885-ci ildə yaradılmış təhsil müəssisəsi olmuşdur. edd in North Wales. 2007-ci ildə University of Wales-dən ayrılaraq müstəqil universitet halına gəlmişdir. Universitetdə bakalavr və magistr tələbələri daxil olmaqla 10 minə yaxın tələbəyə sahibdir. Universitetin nəzdində tələbələrə dəstək olmaq üçün və onların əyləncələri və sosial fəaliyyətləri ilə məşğul olmaq üçün müxtəlif tələbə birliklərləri yaradılmışdır
Anglia Ruskin Universiteti
Anglia Ruskin Universiteti Böyük Britaniyanın şərqində Cambridge, Chelmsford və Peterborough şəhərlərində kampusları olmaqla dünyanın hər bir yanından 39 400-ə yaxın tələbəyə sahibdir. Universitet 1858-ci ildə William John Beamont tərəfindən əsası qoyulmuşdur və bir müddət Anglia Polytechnic adlandırıldı. 1992-ci ildə Universitet statusunu aldı və 2005-ci ildə adını Anglia Ruskinə (John Ruskinin şərəfinə) dəyişdirdilər.
Universitetdə həm əyani, həm də distant proqramlar tədris olunur. Distant proqramı üzrə bakalavr və magistr dərəcələrində iqtisadiyyat və bizneslə əlaqəli (biznes, marketinq, insan resurslarının idarəedilməsi) ixtisaslar təklif edilir.
Universitet hər il 2 minə yaxın biznes müəssisəsinin daha sürətli böyüməsinə köməklik göstərir və əməkdaş təşkilatlara təhsil və kommersiya baxımından dəstək olur. Statistikaya görə universitet məzunlarından hər 10-dan 9-u məzun olduqdan sonra 6 ay ərzində iş tapa bilmişdir. Hər 4 tələbədən 3-ü isə davamlı işlə təmin edilmiş və digər həmkarlarını göstəricilərdə qabaqlaya bilmişdi. 22 dərəcə proqramı isə 100 faizlik tələbə məmnuniyyətli ilə tədris edilir. Times Higar Educationun 2014 buraxılışında Böyük Britaniyanın ən yaxşı biznes mühitli universiteti seçilmişdir